Sığortaçının xərclərinin gətirilmiş gözlənilən dəyəri bildirilmiş tələblərlə bağlı verilməli olan sığorta ödənişlərinin və sığorta (təkrarsığorta) müqavilələrinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar hesabat tarixinə sığortalılara (təkrarsığortalılara) qaytarılmalı olan sığorta (təkrarsığorta) haqlarının 3%-i məbləğində qəbul edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.

Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatının (BTZE) məbləği tənzimlənməmiş hər bir tələbin formalaşdığı sığorta (təkrarsığorta) müqaviləsinə münasibətdə sığorta (təkrarsığorta) haqlarının ödənilməsi üzrə sığortalının (təkrarsığortalının) hesabat tarixinə sığortaçıya olan borcları qədər əvəzləşdirilə bilər.