Stress-testlər keçirilərkən “ən pis”, “ən yaxşı” və “ehtimal olunan” ssenarilər tərtib olunmalı və ehtimallar daxil olmaqla hər bir ssenari üçün ayrıca meyarlar və şoklar müəyyən ediməlidir. Ssenarilər tərtib edilərkən potensial risklər və maksimal itkilər nəzərə alınmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş sistemi operatorunun fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Stress-testlərin nəticələri üzrə müəyyən olunmuş risklərin qarşısının alınması məqsədilə tədbirlər planı hazırlanmalı və icrası təmin edilməlidir.