Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatında (BTZE) təkrarsığortaçıların payı təkrarsığortaya ötürülmüş hər bir sığorta (təkrarsığorta) müqaviləsi üzrə bildirilmiş tələbə əsasən hesablanır və sığorta (təkrarsığorta) müqaviləsi üzrə bildirilmiş zərərlə bu zərərdə sığortaçının payının fərqinə bərabərdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.
Baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatında (BVBZE) təkrarsığortaçıların payı müvafiq sığorta sinfinə aid olan, təkrarsığortaya ötürülmüş sığorta (təkrarsığorta) müqavilələri üzrə sığorta ödənişlərində təkrarsığortaçıların payı nəzərə alınmaqla hər bir sığorta sinfi üzrə ayrılıqda müəyyən edilir.