Yaşayış binasının tikinti həcmi +0,000 səviyyəsindən yuxarıda olan hissənin (yerüstü hissənin) və bu səviyyədən aşağıda olan hissənin (yeraltı hissənin) tikinti həcminin cəmi kimi təyin edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nda əksini tapıb.

Tikinti həcmi binanın yeraltı və yerüstü hissəsinin təmiz döşəmə səviyyəsindən başlayaraq, xarici səthlər hüdudunda, qoruyucu konstruksiyalar və digər üst tikililər, işıq fənərləri daxil edilməklə, xaricə çıxan memarlıq detalları və konstruksiya elementləri, günlüklər, portiklər, terraslar, eyvanlar, havalandırılan döşəməaltılar və döşəməaltı kanallar, dayaqlar üstündəki binanın altındakı məkanın və keçidlərin həcmi nəzərə alınmadan müəyyən edilir.