Üçbucaq metodundan istifadə edərkən hesablamada istifadə olunan sığorta ödənişlərinin aid olduğu dövr kimi nəzərdə tutulmuş sığorta sinifləri üçün hesabat tarixindən əvvəlki 12 (on iki) rüb, sığorta sinifləri üçün isə 20 (iyirmi) rüb qəbul edilir. Rüblərin sayı “N” ilə işarə olunur. Hesabat tarixi N-ci rübün sonu ilə üst-üstə düşür.
Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.
BVBZE-nin üçbucaq metodu ilə hesablanmasında istifadə olunan ilkin məlumatlar aşağıdakılardır:
– müvafiq sığorta sinfinin bütün sığorta (təkrarsığorta) müqavilələri üzrə i-ci rübdə baş vermiş sığorta hadisələri ilə əlaqədar ilk j rüb ərzində verilmiş sığorta ödənişlərinin (subroqasiya qaydasında alınan məbləğlər çıxılmaqla) cəmi (bu göstərici “x(i, j)” ilə işarə edilir);
– müvafiq sığorta sinfinin bütün sığorta (təkrarsığorta) müqavilələri üzrə i-ci rübdə qazanılmış məcmu sığorta haqları (bu göstərici “QMSH(i)” ilə işarə edilir);
– müvafiq sığorta sinfinin bütün sığorta (təkrarsığorta) müqavilələri üzrə i-ci rübdə baş vermiş sığorta hadisələri üzrə bildirilmiş, lakin hesabat tarixinə qədər tənzimlənməmiş zərərlərin məbləği (bu göstərici “BTZ(i)” ilə işarə edilir).