Sığortaçı bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatını (BTZE), hansının birinci baş verməsindən asılı olaraq, sığorta ödənişinin verildiyi və ya sığorta ödənişinin verilməsindən imtina barədə sığortaçının qərar qəbul etdiyi, yaxud sığorta ödənişindən sığortalının yazılı şəkildə imtina etdiyi anadək formalaşdırır.
Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.
Annuitet sığortası üzrə BTZE sıfıra bərabərdir.