Baza sığorta haqqı sığorta müqaviləsi üzrə hesablanmış sığorta haqqından həmin müqavilənin bağlanması üzrə göstərilən vasitəçilik xidməti üçün hesablanmış komisyon muzd (hesablanmış sığorta haqqının 15%-dən çox olmamaqla) çıxıldıqdan sonra qalan məbləğdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.
Baza təkrarsığorta haqqı təkrarsığorta müqaviləsi üzrə hesablanmış təkrarsığorta haqqından həmin müqavilə üzrə təkrarsığortalı və (və ya) vasitəçilik xidməti üçün hesablanmış komisyon muzd (qəbul edilən risklərlə bağlı təkrarsığorta müqavilələri üçün hesablanmış təkrarsığorta haqqının 15%-dən çox olmamaqla) çıxıldıqdan sonra qalan məbləğdir.