Əgər müəyyən sığorta sinfi üzrə zərərlərin inkişafı əmsalları hesablanarkən sıfıra bölmə halı yaranarsa, sığortaçı hesablamaların davam etdirilməsi məqsədilə həmin sığorta sinfinə dair hər ilin mart ayının 31-dək Azərbaycan Respublikasının Mərkəzi Bankının elektron informasiya sistemində üçbucaq metodu ilə BVBZE-nin və bu ehtiyatda təkrarsığortaçıların payının hesablanması üzrə ayrı-ayrılıqda yerləşdirdiyi zərərlərin inkişafı əmsallarından və ödənilmiş zərərlər əmsalının orta qiymətindən istifadə edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.