“Instagram”da canlı yayın açıb, intihara cəhd edən Dilarə Zamanova polis nəzarətinə götürülüb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, 21 dəqiqə sonra adresi müəyyənləşdirilib, həmin ünvana gedilib. Hazırda onun vəziyyətinin yaxşı olduğu qeyd edilib.
***
saat 17.42
Sosial media mütəxəssisi Dilarə Zamanova özünü öldürəcəyi barədə xəbərdarlıq edib.
Heftelik.az-ın məlumatına görə, Dilarə Zamanova “Instagram”da canlı yayım açaraq, özünü öldürəcəyini bildirib.
İzləyicilər müxtəlif şərhlər yazaraq onu bu addımdan çəkindirməyə çalışırlar.
Daxili İşlər Nazirliyindən isə hadisədən məlumatlı olduqları bildirilib. Lakin hələlik görüləcək işlər barədə məlumat verilməyib.