Etibarnamənin müddəti sürücülük vəsiqəsinin qüvvədə olma müddətindən artıq ola bilməz.

Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.

Notarius həmçinin, ona təqdim edilmiş etibar edilən şəxsin sürücülük vəsiqəsi əsasında etibar edilmiş nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq dərəcəyə malik olub-olmamasını yoxlamalıdır. Əgər nəqliyyat vasitələrinə MDB dövlətlərində və ya digər xarici dövlətlərdə hüquq müəyyənedici sənəd (texniki pasport, qeydiyyat şəhadətnaməsi və ya vəsiqəsi) verilmişsə, həmin nəqliyyat vasitələrinə yalnız nəqliyyat vasitəsindən istifadə edilməsi üçün etibarnamə verilə bilər, bir şərtlə ki, nəqliyyat vasitəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsində müvəqqəti qeydiyyata götürülsün.