Ödəniş xidməti təchizatçısı avtorizə edilməmiş və ya fırıldaqçılıq əməliyyatlarını aşkar edən əməliyyatların monitorinqi mexanizminə sahib olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”nda əksini tapıb.

Bu mexanizm hər bir əməliyyat üzrə azı aşağıdakılar nəzərə alınmaqla monitorinq aparılmasını təmin etməlidir:

– məxfiliyi pozulmuş və ya oğurlanmış autentifikasiya elementləri;

– ödəniş xidmətlərinin göstərilməsi ilə bağlı məlum olan fırıldaqçılıq ssenariləri;

– autentifikasiya proseduru zamanı hər hansı zərərverici proqram təminatları;

– ödəniş hesabına giriş üçün istifadə olunan texniki cihaz və ya proqram təminatı ödəniş xidməti təchizatçısı tərəfindən təmin edildiyi təqdirdə, texniki cihazın və ya proqram təminatının istifadəsinə dair loqlar.