Nəzarət subyekti fövqəlaqə hallarda fəaliyyətinin davamlılığını təmin etmək məqsədilə kritik informasiya sistemlərinin və əlaqəli aktivlərin etibarlı, təhlükəsiz və davamlı fəaliyyətini ehtiyat mərkəzdən təmin edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.

Fövqəladə hallarda fəaliyyətin davamlılığı və bərpası planı ehtiyat mərkəz üzərindən müxtəlif ssenarilər əsasında ildə azı 2 (iki) dəfə sınaqdan keçirilir, nəticələri sənədləşdirilir və sınağın nəticəsi uğursuz olduqda nəzarət subyekti növbəti 2 (iki) ay ərzində yenidən ehtiyat mərkəz vasitəsilə sınaq yoxlaması aparır və nəticəsi sənədləşdirilir. Nəzarət subyekti fövqəladə hallarda fəaliyyətin davamlılığını təmin etmək üçün sorğuların cavablandırılması və məlumat mübadiləsinin aparılmasına məsul əməkdaşları (əsas və əvəzedici şəxslər) təyin edərək onları təlimatlandırır.