Təkrarsığortaya ötürülmüş həyatın qeyri-yığım sığortasına aid olan sığorta (təkrarsığorta) müqavilələri üzrə sığorta ehtiyatlarına aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.

Təkrarsığortaya ötürülmüş həyatın qeyri-yığım sığortasına aid olan sığorta (təkrarsığorta) müqavilələri üzrə sığorta ehtiyatlarında təkrarsığortaçıların payının hesablanması aşağıdakı qaydada aparılır:

–  həyatın qeyri-yığım sığortasına aid olan sığorta (təkrarsığorta) müqavilələri üzrə riyazi ehtiyatların baza hissəsində təkrarsığortaçıların payı bu Qaydaya müvafiq olaraq müəyyən edilir;

– həyatın qeyri-yığım sığortasına aid olan sığorta (təkrarsığorta) müqavilələri üzrə riyazi ehtiyatların əlavə hissəsi təkrarsığortaçıların kredit reytinqinə və ya müvafiq kredit reytinqinə münasibətdə malik olduğu “Solvency” əmsalına əsasən bu Qaydada müəyyən edilən qruplarından asılı olaraq riyazi ehtiyatların baza hissəsində onların paylarına müvafiq əmsalların tətbiq edilməsindən sonra alınan məbləğlərin cəminə bərabərdir;

– həyatın qeyri-yığım sığortasına aid olan sığorta (təkrarsığorta) müqavilələri üzrə riyazi ehtiyatların əlavə hissəsində təkrarsığortaçıların payı sıfıra bərabər qəbul edilir;

– həyatın qeyri-yığım sığortasına aid olan sığorta (təkrarsığorta) müqavilələri üzrə bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatında (BTZE) təkrarsığortaçıların payı bu Qaydaya müvafiq olaraq müəyyən edilir;

– həyatın qeyri-yığım sığortasına aid olan sığorta (təkrarsığorta) müqavilələri üzrə baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatında (BVBZE) təkrarsığortaçıların payı bu Qaydaya müvafiq olaraq müəyyən edilir.