Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

Heftelik.az-ın məlumatına görə, bu barədə Prezidentin köməkçisi X səhifəsindəki paylaşımında bildirib.

Hikmət Hacıyev Ceyk Sallivanla çox məzmunlu görüş keçirdiklərini qeyd edib: “Biz ölkələrimiz arasında əməkdaşlığı və əlaqələrimizin gələcək inkişafını nəzərdən keçirdik, həmçinin regional və qlobal məsələlər müzakirə etdk. Biz həmçinin regionda sülhün bərqərar olması və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi apardıq”.