İnformasiya sistemi informasiya texnologiyaları və sənədlərinin təşkilati və texniki qaydada, o cümlədən hesablama texnikasından istifadə edilməklə, nizamlanmış məcmusudur.
Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.
İnformasiyanın tamlığı informasiyanın dəqiqlik və bütünlük xüsusiyyəti, informasiya təhlükəsizliyi – informasiyanın konfidensiallığının, tamlığının və əlçatanlığının mühafizə olunması, informasiya təhlükəsizliyinin idarə edilməsi sistemi (İTİS) fəaliyyət məqsədlərinə nail olmaq üçün nəzarət subyektinin informasiya təhlükəsizliyinin yaradılması, tətbiq edilməsi, dəstəklənməsi və davamlı inkişaf etdirilməsinə istiqamətlənən fəaliyyət və prosedurlar toplusudur.