İstehsalat binasının ümumi sahəsinin, tikinti sahəsinin, tikinti həcminin hesablanmasına aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nda əksini tapıb.
Binanın ümumi sahəsi bütün mərtəbələrin (texniki mərtəbə də daxil edilməklə yerüstü, kürsü və zirzəmi) bayır divarların (və ya bayır divarları olmayan kənar sütunların oxları), tunellərin, daxili meydançaların, antresolların, daxili etajerlərin bütün yaruslarının, rampaların, qalereyaların (üfüqi proyeksiyası) və başqa binaya keçidlərin divarlarının daxili səthləri hüdudlarında ölçülmüş sahələrinin cəmi kimi müəyyən edilir.