Mənbə koduna, inkişaf alətlərinə və proqram təminatı kitabxanalarına oxumaq və yazmaq giriş hüquqlarna aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.
Mənbə koduna, inkişaf alətlərinə və proqram təminatı kitabxanalarına oxumaq və yazmaq giriş hüquqları azı aşağıdakılar nəzərə alınmaqla idarə edilir:
– müəyyən edilmiş qaydalara uyğun olaraq proqramın mənbə koduna və proqram təminatı kitabxanalarına giriş hüquqlarının idarə edilməsi;
– biznes ehtiyacları əsasında, habelə dəyişiklik və ya sui-istifadə risklərini idarə etmək məqsədilə müəyyən edilmiş qaydalara uyğun olaraq mənbə koduna oxumaq və yazmaq giriş hüququnun verilməsi;
– dəyişikliklərə nəzarət qaydalarına uyğun olaraq mənbə kodunun və əlaqəli elementlərinin yenilənməsi və mənbə koduna giriş hüququnun verilməsi;
– proqram siyahılarının oxumaq və yazmaq giriş hüquqlarının idarə edildiyi və təyin edildiyi təhlükəsiz mühitdə saxlanılması;
– mənbə koduna edilən bütün giriş və dəyişikliklərin loqlanması.