Mənzillərin ümumi sahəsi – yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nda əksini tapıb.
Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri – 0,3; şüşəbənd və lociyalar – 0,5; eyvanlar (verandalar) – 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.