Sikkə, külçə şəklində və xam halında qızıl, gümüş, platin və platin qrupundan olan metallar (palladium, osmium, rodium, rutenium) xarici valyuta və xarici valyuta ilə yazılmış tədiyə sənədləri, sənədli qiymətli kağızları , qiymətli materialdan, qiymətli daşlardan və mirvaridən hazırlanmış məmulat, habelə qiymətli daşlar və mirvari vərəsələrə verilənədək və ya miras əmlak vərəsəlik hüququ üzrə dövlətə keçdikdə dövlət mədaxilinə keçirilənədək saxlanılmaq üçün banka verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.