Nəzarət subyektləri tərəfindən mobil tətbiqlərdə informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlər həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.

Nəzarət subyektləri tərəfindən mobil tətbiqlərdə informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə azı aşağıdakı tədbirlər həyata keçirilir:

– istifadəçi interfeysi vasitəsilə daxil edilən həssas informasiyanın qanunsuz ələ keçirilməsinin qarşısının alınması üçün müvafiq nəzarət tədbirləri tətbiq edilir (anti-keylogging);

– kənar şəxslər tərəfindən mobil tətbiqlərin xəta aşkarlama mühitində (debugger environment), emulyatorda və ya virtual maşında işlədilməsinin mümkün olmaması üçün müvafiq nəzarət tədbirləri tətbiq edilir (anti-debugging və anti-emulation);

– mobil tətbiqlərin yalnız aktivləşdirildiyi mobil cihazda işləməsi təmin edilir (device-binding);

– istehsalçı tərəfindən müəyyən edilməyən formada istifadə etmək məqsədilə mobil cihazın əməliyyat sisteminə müdaxilə edilməsi (jailbreak) yoxlanılır və belə mobil cihazda mobil tətbiqlərin işlənməsinə yol verilmir.