Ədliyyə Nazirliyi Penitensiar xidmətində növbəti kadr dəyişikliyi olub.

Heftelik.az unikal-a istinadla xəbər verir ki, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında ədliyyə naziri Fərid Əhmədov Penitensiar xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovu yaş həddi ilə əlaqədar təqaüdə göndərib.

Qeyd edək ki, işdən çıxarılan rəis Baş nazirin sabiq müavini Abid Şərifovun kürəkənidir.