Operator tərəfindən kənar təchizatçılardan xidmətlərin alınması zamanı tələblər açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş sistemi operatorunun fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydası”nda əksini tapıb.

Operator tərəfindən kənar təchizatçılardan xidmətlərin alınması zamanı həssas ödəniş məlumatlarının məxfiliyi təmin edilməli, kənar təchizatçıların informasiya sistemləri ilə inteqrasiya nəzərdə tutulduğu halda həmçinin məlumat mübadiləsi təhlükəsizlik tələblərinə uyğun təşkil edilməlidir.