Operator ödəniş sisteminin etibarlı və təhlükəsiz idarə olunmasını təmin etmək üçün müvafiq təşkilati struktura və fəaliyyətinin bütün sahələrini əhatə edən daxili nəzarət sisteminə malik olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş sistemi operatorunun fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydası”nda əksini tapıb.

Operatorun struktur bölmələrinin funksiyalarını, səlahiyyətlərini, tabelilik və hesabat vermə qaydalarını müəyyən edən və səlahiyyətli idarəetmə orqanı tərəfindən təsdiq edilən reqlament sənədləri (əsasnamə, qayda, prosedur və s.) olmalıdır.