Qüvvədə olan sığorta (təkrarsığorta) müqavilələri üzrə qəbul edilmiş öhdəliklərin icrasını təmin etmək üçün sığortaçı “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”na əsasən hesablanmış məbləğdən az olmayan məbləğdə formalaşdırılmış sığorta ehtiyatlarına malik olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.
Sığorta ehtiyatları sığortaçı tərəfindən aparılmasına icazə verilmiş hər bir sığorta sinfi üzrə ayrılıqda formalaşdırılır.