Zərərlərin tənzimlənməsi xərcləri sığorta ödənişlərinin məbləğinə daxil olmayan, lakin sığorta ödənişlərinin verilməsi ilə əlaqədar olan təşkilati, texniki, hüquqi və qiymətləndirmə xidmətlərinin əldə edilməsi üzrə sığortaçının əlavə xərclərinin cəmidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.
Sığorta hadisələri ili üzrə xalis sığorta ödənişləri sığorta hadisələri ili üzrə məcmu sığorta ödənişlərindən təkrarsığortaçıların bu ödənişlərdəki payı çıxıldıqdan sonra qalan məbləğdir. Zərərlər ehtiyatında dəyişmələr isə zərərlər ehtiyatının hesabat dövrünün sonuna olan məbləği ilə həmin dövrün əvvəlinə olan məbləğinin fərqidir.