Kontur zolağında svayların yükdaşıma qabiliyyətinin artırılması zəruri olduqda, onların sayı, uzunluğu artırılmalıdır, qrunt, armaturlayan svaylar verilən hallarda isə, onlar daha möhkəm qrunt materiallarından aşağı hissəsi genişləndirilməklə böyüdülmüş ölçülərlə yerinə yetirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yeraltı hissəsi dərində yerləşdirilən bina və qurğuların əsaslarının layihələndirilmə xüsusiyyətləri”ndə əksini tapıb.
Svaylara və sıxlaşdırılmış massivlərə, həmçinin rostverqlər, bünövrə tavası və digər dərində yerləşdirilmiş bünövrələr daxil olmaqla bina və qurğuların yan xarici səthləri üzrə yeraltı konstruksiyalarına mənfi sürtünmə qüvvələrindən yaranan əlavə yüklərin azaldılması məqsədi ilə sürüşmə tikişləri yerinə yetirilməlidir.
Sürüşmə tikişlərinin hidroizolyasiyalarla yerinə yetirilməsi tövsiyə olunur.