Azərbaycan ədəbiyyatına ağır itki üz verib.
Heftelik.az-ın Bakupost-a istinadən verdiyi məlumata görə, tanınmış şair İnqilab İsaq 71 yaşında dünyasını dəyişib. Bu haqda onun dostları sosial şəbəkədə məlumat veriblər.
Qeyd edək ki, İnqilab İsaq 31 mart 1953-cü ildə Daşkəsən rayonunda anadan olub. O, yaşadığı Göygöl rayon Üçtəpə kəndində vəfat edib.
İ.İsaq “Ümidə borclu dünya”, “Deməyə sözüm var”, “Aləm cənnətə dönsə”, “Aydan axan bulaq”, “Sabahın ümidləri”, “Obaları gəzə-gəzə” və başqa əsərlərin müəllifidir.