Bakının Yasamal rayonunda iki sərnişin avtobusu toqquşub.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.
“Xaliq Faiqoğlu” MMC-yə məxsus sərnişin avtobusu metronun 20 yanvar stansiyası istiqamətində hərəkətdə olarkən eyni istiqamətə gedən 194 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə 3 Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin (TTTYX) avtomobili və canlı briqadası cəlb edilib.