Türkiyə Superliqasının XXXVII turun görüşləri çərçivəsində “Qalatasaray” “Fənərbağça” ilə üz-üzə gəlib.
Heftelik.az-ın məlumatına görə, “Fənərbaxça” lider “Qalatasaray”ı məğlub edib.
Görüşdə yeganə qolu 71-ci dəqiqədə Çağlar Söyüncü meydan sahiblərinin qapısından keçirib.
Qeyd edək ki, bu nəticənin ardından “Fənərbağça” xallarının sayını 96-ya çatdıraraq turnir cədvəlində ikinci sırada qalıb. Okan Burukun rəhbərlik etdiyi “Qalatasaray” isə 99 xalla liderdir.
Çempion komandanın adına sonuncu turda aydınlıq gələcək.