Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimindən qayıdan İran Prezidenti İbrahim  Rəisi, xarici işlər naziri Hossein Əmir Abdollahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Təbrizin imam cüməsi Ali-Haşim  və  nümayəndə heyətinin digər üzvlərinin olduğu vertolyot Şərqi Azərbaycan vilayətində, Varzeqan şəhəri yaxınlığında, Uzi və Pir-Daud kəndləri arasındakı Dizmar meşə massivində qəzaya uğrayıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə İRNA məlumat yayıb.

Yerli sakinlər 1 saat əvvəl həmin rayonda vertolyotun enişindən sonra səs eşitdiklərini bildiriblər. Hadisə yerinə 20 xilasetmə dəstəsi, dronlar, axtarış itləri, İran Silahlı Qüvvələrinin xüsusi dəstələri göndərilib.

 

***

saat 18.17

Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimindən qayıdan İran Prezidenti İbrahim  Rəisi, xarici işlər naziri Hossein Əmir Abdollahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Təbrizin imam cüməsi Ali-Haşim  və  nümayəndə heyətinin digər üzvlərinin olduğu vertolyot sərt eniş səbəbindən Şərqi Azərbaycan vilayətində, Varzeqan şəhəri yaxınlığında  qəzaya uğrayıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə İRNA məlumat yayıb.

Hadisədən 1 saat sonra 16 xilasetmə dəstəsi hadisə yerinə çatıb və vertolyotun axtarışına başlayıblar. Güclü duman və relyef axtarışları çətinləşdirir.

İran daxili işlər naziri Əhməd Vahidi bildirib ki, hava şəraiti və dumana görə vertolyot sərt eniş edib. Nazir müxtəlif xilasetmə qruplarının hadisə yerinə çatmasının zaman alacağını, vəziyyətin nəzarət altında olduğunu söyləyib: “Biz heyətlə əlaqə saxladıq. Ümid edirik ki, xilasedicilər hadisə yerinə tez çatacaq və biz əlavə məlumat alacağıq”.