Keçən il ailə münaqişəsi və qısqanclıq zəminində qadınlara qarşı ölümlə nəticələnən cinayətlərin sayı açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.
Qeyd edilib ki, 2023‐cü ildə ailə münaqişəsi və qısqanclıq zəminində qadınlara qarşı ölümlə nəticələnən 49 cinayət (2022‐ci ildə 51) qeydə alınıb.
2023‐cü il ərzində məişət zorakılığı ilə bağlı baş vermiş cinayət hadisələri üzrə 1513 (2022‐ci ildə ‐1475) zərərçəkmiş şəxsdən 1224‐ü (2022‐ci ildə ‐ 1196) qadın olub, onlardan 1173‐ü (2022‐ci ildə ‐ 1132‐i) xəsarət alıb. Məişət zorakılığı ilə bağlı ölən qadınların sayı 49 (2022‐ci ildə ‐ 51) olub, onlardan 47‐i qəsdən adam öldürmə (CM‐in 120‐ 122‐ci maddələri nəzərdə tutulur) cinayətinin, 1‐i özünü öldürmə həddinə çatdırılma, 1‐i isə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin qurbanı olub.