Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Karim Xan İsrailin Baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant, eləcə də HAMAS liderlərindən Yahya Sinvar, İsmayil Haniyə, Məhəmməd Diab İbrahim əl-Məsri və “Al-Qassem” briqadasının lideri Məhəmməd Deyfin həbsinə order verilməsini tələb edib.
Heftelik.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, məhkəmənin baş prokuroru Karim Xan onlara qarşı insanlıq əleyhinə cinayətlər və digər epizodlar üzrə çoxsaylı ittihamlar irəli sürüb.
Xatırladaq ki, Netanyahu və Qallant həmçinin kütləvi soyqırımı törədilməsi, müharibə dövründə işgəncə üsulu kimi insanların aclığa məhkum edilməsi, Qəzza bölgəsinə humanitar yardımların çatdırılmasına əngəl törədilməsi və digər hüquqazidd əməllərdə təqsirləndirilirlər.