İnformasiya və digər əlaqəli aktivlərin icazəsiz, qeyri-ixtiyari dəyişdirilməsi və ya sui-istifadəsi hallarının məhdudlaşdırılması üçün nəzarət subyekti toqquşan vəzifələrin və öhdəlik sahələrinin bir-birindən ayrılmasını təmin edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.

Nəzarət subyekti tərəfindən informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə Mərkəzi Bankla, habelə səlahiyyətli dövlət orqanları (qurumları) ilə qarşılıqlı əlaqələrin yaradılması və qarşılıqlı fəaliyyət üzrə informasiyanın, habelə informasiya təhlükəsizliyi insidentləri barədə məlumatların vaxtında mübadiləsi ilə bağlı müvafiq prosedurlar formalaşdırılır.