Fövqəladə hallarda fəaliyyətin davamlılığını və bərpasını təmin etmək məqsədilə əlaqədar işçilər üçün ildə 2 (iki) dəfədən az olmayaraq təlimlər keçirilir və nəticələri sənədləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.
Əqli mülkiyyət hüquqlarının mühafizəsi məqsədilə qanunvericiliyin tələbləri nəzərə alınaraq düzgün istifadə qaydaları tətbiq edilir, informasiya sistemləri və proqram təminatları lisenziya şərtlərinə uyğun olaraq istismar edilərək nüsxələrinin icazəsiz yayımlanması məhdudlaşdırılır. Məlumatların saxlanılması, arxivləşdirilməsi, itirilməsinin qarşısının alınması, məhv edilməsi, həmçinin icazəsiz dəyişdirilməsi ilə əlaqədar qanunvericiliyin tələbləri və informasiyanın təsnifatı nəzərə alınaraq məlumatların saxlanılması, arxivləşdirilməsi və məhv edilməsini əhatə edən nəzarət tədbirləri müəyyən edilir.