Bina və qurğuların, ayrı-ayrı konstruktiv elementlərin və texnoloji avadanlıqların düzəldilməsi naturada kifayət qədər eksperimental yoxlama keçmiş metodlarla həyata keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Bina və qurğuların istismar müddətində onların düzəldilməsi nəzərə alınmaqla layihələndirilməsi xüsusiyyətləri”ndə əksini tapıb.
Düzəldilmənin xüsusi qurğuların köməyi ilə (məsələn, hidravlik domkratlarla); müəyyən yerlərdə əsasın deformasiya qabiliyyətini dəyişməklə (əsasda qruntu qazmaqla çıxarılması, əsasın qruntunun isladılmasını təmin etməklə) yerinə yetirilməsinə yol veilir. Düzəldilmə metodu binanın konstruktiv həllindən, tikinti meydançasının qrunt şəraitindən, həcmindən, işlənmiş ərazilər üçün isə yer səthinin deformasiyalarının artma sürətindən asılı seçilir.