Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanuna əsasən hazırlanıb və gücləndirilmiş müştəri autentifikasiyasının (GMA) tətbiqinin tələb edilmədiyi halları və ödəniş xidməti təchizatçılarının xidmətlərindən istifadə olunarkən tətbiq edilən GMA ilə bağlı tələbləri müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”nda əksini tapıb.
Ödəniş xidməti təchizatçısının fəaliyyətinin bu Qaydadan irəli gələn tələblərə uyğunluğu daxili audit xidməti tərəfindən ən azı ildə 1 (bir) dəfə yoxlanılmalı və yoxlama üzrə hesabat hər il yanvarın 15-dən gec olmayaraq Mərkəzi Banka təqdim edilməlidir. Daxili auditin yoxlama üzrə hesabatı bu Qaydanın tələbləri üzrə qiymətləndirməni, habelə fırıldaqçılıq dərəcələrinin hesablanmasını və tələblərə uyğunluğu əks etdirməlidir.
Bu Qaydada istifadə olunan GMA və digər anlayışlar Qanunda müəyyən edilmiş mənaları ifadə edir.