Slovakiyanın sui-qəsd nəticəsində yaralanan baş naziri Robert Fitsonun səhhətində irəliləyiş var.
Heftelik.az-ın “teraz.sk”-ya istinadən verdiyi məlumata görə, bu barədə onun müalicə olunduğu “Roosevelt Hospital” tibb mərkəzinin rəsmi açıqlamasında qeyd olunub.
O da bildirilib ki, hökumət başçısı ətrafındakılarla sərbəst şəkildə ünsiyyət saxlaya bilir.