Hansı şərtlərin hamısına cavab verən ödəniş əməliyyatlarının aşağı riskli hesab edildiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”nda əksini tapıb.
Aşağıdakı şərtlərin hamısına cavab verən ödəniş əməliyyatları aşağı riskli hesab edilir:
– bu Qaydaya uyğun olaraq hesablanmış ödəniş əməliyyatı üzrə fırıldaqçılıq dərəcəsi bu Qaydaya 1 nömrəli Əlavədə müəyyənləşdirilən fırıldaqçılıq dərəcələrindən yuxarı olmadıqda;
– ödəniş əməliyyatının məbləği bu Qaydaya 1 nömrəli Əlavədə müəyyənləşdirilən fırıldaqçılıq dərəcəsi üzrə müəyyən edilmiş məbləğ limitindən yüksək olmadıqda;
– ödəniş xidməti təchizatçısı tərəfindən real vaxt rejimində aparılan risk analizi nəticəsində aşağıdakılardan hər hansı biri aşkar edilmədikdə:
– ödəniş xidməti istifadəçisinin qeyri-adi xərcləmələri və ya davranış tərzi;
– ödəniş xidməti istidadəçisinin texniki cihaz və ya proqram təminatına çıxışı üzrə qeyri-adi məlumat;
– Gücləndirilmiş müştəri autentifikasiyasının (GMA) tətbiqinin hər hansı mərhələsində zərərverici proqram təminatı;
– ödəniş xidmətləri üzrə fırıldaqçılıq ssenarilərindən istifadə;
– ödəniş xidməti istifadəçisinin yerləşdiyi ölkə üzrə şübhəli hal;
– vəsaiti alanın yüksək risk qrupuna aid edilən ölkədə olması.
“Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”na Əlavə 1 |
İstisnadan istifadə üçün müəyyən edilmiş məbləğ limiti | İstinad edilən fırıldaqçılıq dərəcəsi (%) | |
Məsafədən həyata keçirilən kart əsaslı ödənişlər üzrə | Məsafədən həyata keçirilən kredit köçürmələri üzrə | |
500 (beş yüz) manat və ya ekvivalentinə qədər | 0.01 | 0.005 |
250 (iki yüz əlli) manat və ya ekvivalentinə qədər | 0.06 | 0.01 |
100 (bir yüz) manat və ya ekvivalentinə qədər | 0.13 | 0.015 |