Ödəniş xidməti təchizatçısı rüblük əsasda növbəti ayın ilk 5 (beş) iş günündən gec olmayaraq ödəniş əməliyyatları üzrə fırıldaqçılıq dərəcələrini “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”na uyğun olaraq hesablamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”nda əksini tapıb.
Pul vəsaitlərinin bərpa edilib-edilməməsindən asılı olmayaraq, fırıldaqçılıq dərəcəsi müəyyənləşdirilmiş hər bir əməliyyat növü üzrə rüblük əsasda məsafədən səlahiyyətsiz şəkildə və (və ya) fırıldaqçılıqla həyata keçirilən əməliyyatların ümumi həcminin həmin növ əməliyyatların ümumi həcminə bölünməklə hesablanır. Hesablama zamanı GMA tətbiq edilmədən həyata keçirilən ödəniş əməliyyatları da nəzərə alınır.