Bu ilin aprel ayında Azərbaycanda ən çox şikayət edilən 5 bank məlum olub.

Heftelik.az-ın Mərkəzi Banka istinadən verdiyi məlumata görə, mart ayında müştərilərin  ən çox şikayətləndiyi ilk iki bank 5.70 indeksi ilə “Bank VTB Azərbaycan” və 4.96 indeksi ilə ”Bank of Baku” olub.

Xatırladaq ki, fevralda da müştərilərin ən çox şikayətləndiyi ilk iki bank 5,26 indeksi ilə ”Bank of Baku” və 3,24 indeksi ilə “Bank VTB Azərbaycan”, mart ayında  5.03 indeksi ilə ”Bank of Baku” və 3.88 indeksi ilə “Bank VTB Azərbaycan” olub. Beləliklə, müştərilərin ən çox şikayətləndiyi ilk iki bankın yarışı son 3 ayda  “Bank VTB Azərbaycan” və ”Bank of Baku” arasında gedir.

Aprel ayında ilk üçlükdə 4.79 indeksi ilə “Yapı Kredi Bank” özünə yer edib. Fevral  və mart aylarında ilk üçlükdə “Accessbank” yer almışdı. Bu dəfə “Accessbank” müştərilərin ən çox şikayətləndiyi banklar arasında 2.98 indeksi ilə 5-ci yerdədir.

Aprel ayında müştəriləri ə çox narazı salan 4-cü bank isə 3.06 indeksi lə “AFB Bank”-dır. Mart ayında 0.98 indeksi ilə 14-cü yer almış  “AFB Bank” müştərilərin hədsiz şikayətlənməsinə səbəb olmaqla 10 pillə irəliləməyi “bacarıb”.

Digər banklar üzrə göstəricilər isə aşağıdakı kimidir:

 

Cədvəl 1. Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi (2024-cü ilin aprel ayı üzrə)

 

Bankın adıŞikayət indeksi
1BANK VTB (AZƏRBAYCAN) ASC5.70
2BANK OF BAKU ASC4.94
3YAPI KREDİ BANK AZƏRBAYCAN QSC4.79
4AFB BANK ASC3.06
5ACCESSBANK QSC2.98
6YELO BANK ASC2.48
7EXPRESSBANK ASC1.60
8UNİBANK ASC1.49
9BANK BTB ASC1.39
10RABİTƏBANK ASC1.39
11BANK RESPUBLİKA ASC1.06
12AZƏRBAYCAN SƏNAYE BANKI ASC1.00
13AZƏR-TÜRK BANK ASC0.98
14KAPİTAL BANK ASC0.86
15AZƏRBAYCAN BEYNƏLXALQ BANKI ASC0.83
16TURANBANK ASC0.81
17XALQ BANK ASC0.71
18PREMİUM BANK ASC0.68
19PAŞA BANK ASC0.24

Kateqoriyaların izahı:

  • yuxarı şikayət indeksi (hesablama nəticəsində əldə olunan orta göstəricidən yuxarı olan)
  • orta şikayət indeksi
  • aşağı şikayət indeksi (hesablama nəticəsində əldə olunan orta göstəricidən aşağı olan)