İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri də göyərtəsində olduğu helikopterin qəzasında həlak olanların hamısının cənazələri hadisə yerindən çıxarılıb.
Heftelik.az-ın “Al-Jazeera” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Qırmızı Aypara Cəmiyyətinin İran üzrə rəhbəri Pir Hüseyn Kolivənd deyib.
O bildirilib ki, axtarış başa çatıb, cənazələrin hamısı sonrakı proseslər üçün Təbrizə yola salınıb.
Qeyd edək ki, mayın 19-da Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimindən qayıdan İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hossein Əmir Abdollahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Təbrizin imam cüməsi Ali-Haşim və nümayəndə heyətinin digər üzvlərinin olduğu vertolyot Şərqi Azərbaycan vilayətində, Varzeqan şəhəri yaxınlığında, Uzi və Pir-Daud kəndləri arasındakı Dizmar meşə massivində qəzaya uğrayıb.