Miras əmlak, əmlak idarəçisinin, vəsiyyətnamənin icraçısının və azı iki şahidinin iştirakı ilə siyahıya alınır.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Siyahıyaalma aktında miras əmlakın qorunması üçün tədbirlər görülməsi haqqında ərizənin (məlumatın) daxil olduğu tarix, siyahıyaalmanın aparıldığı tarix, siyahıyaalmada iştirak edən şəxslərin soyadı, adı, atasının adı və ünvanı, miras qoyanın soyadı, adı, atasının adı, onun öldüyü tarix və siyahıya alınan əmlakın olduğu yer, notarius gələnədək mənzilin (binanın) möhürlənib-möhürlənmədiyi, əgər möhürlənmişsə-kim tərəfindən möhürləndiyi, plomb və ya möhürün qırılıb-qırılmadığı, əşyaların hər birinin qiyməti və köhnəlmə faizi göstərilməlidir.