Minimum əmək haqqının 20 mislindən az məbləğdə olan qiymətli şeylər saxlanılmaq üçün miras əmlakın təyin olunmuş əmlak idarəçisinə verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da əksini tapıb.
Notariusda sərvətlərin uçotu kitabı aparılır və burada yuxarıda göstərilən sərvətlər qeydə alınır. Ölənin əmlakı tərkibində silah, o cümlədən ov tüfəngi olduqda, xüsusi siyahı üzrə polis orqanlarına saxlanılmaq üçün təhvil verilir.