Ödəniş kartları vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanması, emalı və ötürülməsinə, həmçinin kart emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi üzrə fəaliyyəti həyata keçirən ödəniş sistemlərinin operatorlarında və banklarda ödəniş kartının personalizasiyası, saxlanılması (anbar otağı), təhvil verilməsi, PİN-zərflərin çapı üçün nəzərdə tutulmuş iş sahələrinin (otaqların) Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblərin tələblərinə uyğun olması və personalizasiya otaqlarında yalnız personalizasiya fəaliyyətinin həyata keçirilməsi təmin edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.