Operator fəaliyyəti ilə bağlı təhlükəsizlik tədbirləri müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş sistemi operatorunun fəaliyyətinin təşkili və həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Operator fəaliyyəti ilə bağlı təhlükəsizlik tədbirləri
Operatorun fırıldaqçılıq hallarına qarşı təhlükəsizlik siyasəti mövcud olmalı və azı aşağıdakıları özündə ehtiva etməlidir:
– fırıldaqçılıq hallarının müəyyən edilməsi və qarşısının alınması üzrə tədbirlərin, o cümlədən istifadə edilən alətlər və tətbiq edilən prosedurların olmasını;
– fırıldaqçılıq hallarının monitorinqi, qarşısının alınması və bu hallarla bağlı şikayətlərə baxılması üzrə məsul əməkdaşların və ya struktur bölmənin təyin olunmasını;
– ödəniş sistemi iştirakçılarından, habelə iştirakçılarla bağlanmış müqavilələrdə nəzərdə tutulduğu halda ödəniş xidməti iştifadəçilərindən fırıldaqçılıq hallarına dair müraciətlərin qəbulu və emalı prosedurunun mövcudluğunu;
– fırıldaqçılıq halları baş verdikdə aidiyyəti struktur bölmələrin məlumatlandırılması qaydasının müəyyən edilməsini.