Qazanılmamış sığorta haqqı sığorta haqqının sığorta təminatının qüvvədə olma müddətinin hesabat tarixindən sonrakı dövrünə aid olan hissəsidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.

Qazanılmamış təkrarsığorta haqqı təkrarsığorta haqqının təkrarsığorta müqaviləsi üzrə təkrarsığorta təminatının qüvvədə olma müddətinin hesabat tarixindən sonrakı dövrünə aid olan hissəsi, qazanılmamış sığorta haqları ehtiyatı sığorta sinfinə aid olan bütün sığorta müqavilələri üzrə ayrı-ayrılıqda hesablanan qazanılmamış sığorta haqları əsasında formalaşdırılan ehtiyatdır.