Zərərlər ehtiyatında dəyişmələrin xalis məbləği zərərlər ehtiyatında təkrarsığortaçıların payı çıxılmaqla zərərlər ehtiyatında dəyişmələrdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.
Qazanılmış məcmu sığorta haqqı hesabat dövrü ərzində bağlanmış sığorta (təkrarsığorta) müqavilələri üzrə hesablanmış məcmu sığorta haqlarının və hesabat dövrünün əvvəlinə qazanılmamış sığorta haqları ehtiyatının baza hissəsinin cəmindən həmin dövrün sonuna qazanılmamış sığorta haqları ehtiyatının baza hissəsini çıxdıqdan sonra qalan məbləğdir.