Sığorta sinfi üzrə sabitləşdirici ehtiyatın məbləği hesabat tarixinə həmin sinif üzrə təkrarsığortaçıların payı çıxılmaqla hesablanmış zərərlilik dərəcəsinin 100%-dən artıq olan hissəsi ilə bu sinif üzrə qazanılmamış sığorta haqları ehtiyatının hasilinə bərabərdir.

Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.

Sabitləşdirici ehtiyatda təkrarsığortaçıların payı sıfıra bərabər qəbul edilir.