Sığorta ehtiyatları sığortaçı tərəfindən bağlanmış bütün sığorta (təkrarsığorta) müqavilələri üzrə qəbul edilən risklərin təkrarsığorta etdirilməsindən asılı olmayaraq hesablanır.

Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.

Sığorta ehtiyatlarının hesablanması zamanı sığorta ehtiyatlarının hər biri üzrə təkrarsığortaçıların payı müəyyən edilir. Qanunvericiliklə və ya sığorta (təkrarsığorta) müqaviləsi ilə sığorta təminatının müddəti dəqiq təyin olunmadığı halda, sığorta ehtiyatları sığorta (təkrarsığorta) müqaviləsinin qüvvədə olma müddətinə əsasən hesablanır.