Təkrarsığortaya ötürülmüş həyatın yaşam sığortası sinfinə aid olan sığorta (təkrarsığorta) müqavilələri üzrə ayrı-ayrılıqda hesablanmış riyazi ehtiyatların baza hissəsində təkrarsığortaçıların paylarının cəmi həmin sinif üzrə riyazi ehtiyatların baza hissəsində təkrarsığortaçıların payını təşkil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nda əksini tapıb.
Təkrarsığortaya ötürülmüş həyatın yaşam sığortası sinfinə aid olan sığorta (təkrarsığorta) müqavilələri üzrə riyazi ehtiyatların əlavə hissəsi bu Qaydaya müvafiq olaraq müəyyən edilir.